Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şəhriyar .: Şerlər .: Azərbaycan

Azərbaycan

Can qurban etmənin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyuram başımı ayaqlarına,

Ey ana torpağım, ey Azərbaycan!

 

Üstünə atəşlər yağan torpağım,

Məhəbbət ocağım, ülfət ocağım.

Ey mənim hamıya bar verən bağım,

Ah çəkmə, buludlar yanar ahından.

 

Ey çörək yerinə yaralar yeyən,

Al-əlvan yerinə qaralar geyən,

Anam, mehribanım, söylə, nə zaman

Qandal açılacaq əl-ayağından?

 

Tarix az görməyib quduranları,

Qanlını qan tutar, qandır onları.

Ey mənim xalqımın vüqarlı qartalı,

Enmə öz zirvənin ucalığından,

Ey ana torpağım, ey Azərbaycanım!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Azərbaycan Respublikası rayon və şəhərlərin kodları
Ağcabədi - 113Ağdam - 192

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 833   
article Azərbaycan
Çox keçmişəm bu...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 347   
article AZƏRBAYCAN MƏTBƏXİNDƏ İÇKİLƏRİN MÜXTƏLİFLİYİ
Mətbəximizin növ...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 372