Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Səməd Vurğun .: Şerlər .: ŞAİR NƏ TEZ QOCALDIN SƏN

ŞAİR NƏ TEZ QOCALDIN SƏN

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nadir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!


Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!


Ovçuluğa meyl saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən!


Bəzən uca, bəzən asta,
Otur sazım min sim üstə,
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!


Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək
Saç ağardı, ancaq nə qəm.
Əlimdədir hələ qələm
Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən:

Şair, nə tez qocaldın sən!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?