Xazar`ı Seçilmişlərə əlavə et Xazar`ı açılış səhifəsi et
Xazar xəritəsi:
Sözləri Yusif Həsənbəyin, Musiqisi Vasif Adıgözəlovundur.
Günəş doğdu, Oyandı kənd. Qızıl nura Boyandı kənd.
Şəfəq düşdü Narın-narın, Üzərinə Göy dağların.
Sürüləri Yatağından, Örüşlərə Sürdü çoban.
Hamı çıxdı Dəstə-dəstə, Tarlalara Bax, iş üstə.