|
Bir qulami-əcəm bir soltan Gəştiyə oldular süvar haman. Görməmişdi qulam dəryanı, Titrətdi, etdi ahü əfğanı. Nə qədər verdilər ona təskin, Olmadı çarə, etdi ahü ənin. Oldu soltanın işrəti dərhəm, Xatiri-padşahə yetdi ələm. Var idi kəşti içrə türfə həkim, Dedi: - Ey sərvəri-fələk təzim, Versən izin, ey sitarə-cüyuş, Edərəm bu qulamı mən xamuş. Dedi soltan ki, eyin-minnətdir, Qayəti-lütfdür, kəramətdir. Bəs buyurdu həkimi-pürmayə, Atdılar ol qulamı dəryayə. Bir neçə qutə vurdu sudə qulam, Gəldi kəşti tərəf o siməndam. Tutdu sukkani-kəştini möhkəm, Ta çıxıb kəşti üzrə qoydu qədəm. Tapdı aram ol mələkmənzər, Gördü ol padşahi-gərdunfər Dedi kim, ey güzüni-əhli-ədəb, Bunun aramına nə oldu səbəb? Dedi: - Bu görməmişdi dəryanı, Eyləyirdi bu ahü əfğanı. Elə kim, gördü qərq möhnətini, Kəştinin indi bildi qiymətini. Afiyət qədrini bildi o cavan, Kim, ola bir bəladə əşkfəşan.
|
|
Məqalə
|
754
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|