Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Riyakar abid

Riyakar abid

Abidi dəvət etdi bir sultan,
Ta ola xani-lütfünə mehman.
Dedi abid ki, bir dəvə yeyərəm,
Özümü mən zəif göstərərəm.
Çün görər zəfimi şəhi-dövran
Mənə eylər ibadət ilə güman.
Deyəcək kəsrəti-ibadətdən,
Abid olmuş zəif taətdən.
Etiqadi ziyad1 olur şahın,
Rəhməti izdiyad2 olur şahın.
Yedi ol bir dəva ki, qatil idi,
Dərzəman3 abidi həlak etdi.
Rəsmi-mərufdir ki, əhli-riya
Özünü dəhrdə edər rüsva. 
 

--------------------------------------------------------------------------------
 
   1Ziyad – çox artıq.
   2İzdiyad – artma, çoxalma.
   3Dərzəman – öz vaxtında. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Gənc sərxoş və abid
Bir gecə bir cəvani-m

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 88   
article Abid və quru kəllə
Çay kənarında bir...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 94   
article Qarınqulu abid
Bar idi bir qarınqulu abid,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 79