Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Öyüd - 2

Öyüd - 2

 
(Qitə)
 
Ey oğul, büxldən sən eylə həzər –
Ki, bəxilin yeri cəhənizmdir.

Gər həlak olsa cümleyi-aləm,
Yenə söylər bəxil kim, kəmdir.

İstəməz bir kəsi ola xoşbəxt,
Öləcək görsə kimsə xürrəmdir.

Şəbpərə1 afitabədir düşmən –
Ki, ziyasıyla halı dərhəmdir.

Seyyida, şəbpərə1 xisal olma –
Ki, bu ətvar mərgi-əzəmdir. 
 

--------------------------------------------------------------------------------
 
   1Şəbpərə - yarasa.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?