Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Oğluma nəsihət - 7

Oğluma nəsihət - 7

Cəfər, ey xəstə cismimin cani,
Səd ya nəhs olan günü tani.
Səd o gündür ki, kam ola hasil,
Olasan öz muraduva vasil.
Nəhs o gündür ki, qismətin qəmdir,
Sənə ol aşiri-məhərrəmdir.
Birinə nəhs olan gün, ey dana,
Birinə səd olur, deyil bu həba.
Belədir karü bari-cümlə cahan,
Birinə sud1 olur, birinə ziyan.
Birinə bir zaman olur xürrəm,
Birinə ol zaman olur matəm.
Kim ki, bir qəmdə əhli-matəmdir,
Eydi-novruz ona məərrəmdir. 
 

--------------------------------------------------------------------------------
 
   1Sud – fayda, xeyir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Oğluma nəsihət - 8
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Oğluma nəsihət - 6
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 62   
article Oğluma nəsihət - 5
Cəfər, ey nuri-dideyi-Seyyid,...

  10-6-2007    Baxılıb: 72