Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Oğluma nəsihət - 5

Oğluma nəsihət - 5

Cəfər, ey nuri-dideyi-Seyyid,
Qönçeyi-növrəsideyi-Seyyid!
İttifaq eylə dust ilə hər an,
İttifaq ilə əmr olur asan.
Dəhrdə etmə iftiraqə həvəs,
İttifaq ilə kəslər olmuş kəs.
Vardır, ey baği-ömrümün şəcəri,
İttifaq etməyin gözəl səməri.
İttifaq eyləyəndə beş barmaq,
Xeyli asandı bir şeyi tutmaq.
Yoxdur, ey sərvərim, tək əldə səda,
İttifaq ilədir sürurü səfa.
Edəsən guş gər bu timsali,
Səni filcümlə eyləyər hali. 
 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Oğluma nəsihət - 8
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Oğluma nəsihət - 7
Cəfər, ey xəstə cismimin...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 74   
article Oğluma nəsihət - 6
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 62