Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Oğluma nəsihət - 4

Oğluma nəsihət - 4

Ey oğul, bil ki, ol əta kani
Xəlq edib səndən ötrü dünyani.
Sənə etmiş müsəxxər əflaki,
Başına qoydu taci-lovlaki,
Məhü xurşidü çərxü əbr ilə bad
Səndən ötrü olubdular icad.
Səndən ötrü bular nümayandır,
Əmrüvə cümlə bəndəfərmandır.
Ey oğul, ərzü asimandü sənin,
Əsldə kövi ilə məkandü sənin.
Aşinadır bular sənə yeksər,
Çeşmi-biganə ilə etmə nəzər.
O çoban kimi olma, ey xoşxu,
Nagahan tapdı yolda bir güzgü.
Əlinə şadiman aldı çoban,
Baxıb öz əksin onda gördü əyan.
Dedi: - Əfv eylə, ey məlaik xu,
Elə bildim ki, səngü gildir bu.
Əksini özgə kəs xəyal etdi,
Qoyub ayinni yerə, getdi.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Oğluma nəsihət - 8
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Oğluma nəsihət - 7
Cəfər, ey xəstə cismimin...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 73   
article Oğluma nəsihət - 6
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 62