Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Oğluma nəsihət - 3

Oğluma nəsihət - 3

Ey oğul, olma çox da sadəzəmir
Ta sənə mərdüm eyləyə təzvir.1
Xəlq olub məkrü hiylədə kamil,
Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma,
Xəlqdən çox da bədgüman olma.
Hər sözü yoxla, eyləmə bavər,
Dari-dünyadə azdı doğru xəbər.
Çoxdu dünyadə mərdi-hiyləşüar,
Zahiri sadədil, özü əyyar.
Məsti-layəqil2 olma, huşyar ol,
Xəlqin övzainə3 xəbərdər ol.... 
 

--------------------------------------------------------------------------------
 
   1Təzvir – hiylə, kələk.
   2Layəqil – ağılsız.
   3Övza – vəziyyət. 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Oğluma nəsihət - 8
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 63   
article Oğluma nəsihət - 7
Cəfər, ey xəstə cismimin...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 70   
article Oğluma nəsihət - 6
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 55