Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Oğluma nəsihət - 1

Oğluma nəsihət - 1

Bilmiş ol, ey nəcib fərzanə,
Ulular bəzmidir ədəbxanə.
Bilmək adabıdır sənə vacib,
Rəsmi-adabə olgilən rağib.
Biədəb olsa məclisə daxil,
Olu məlum kim, odur cahil.
Ədəbin rəsmidir cavabü xitab,
Bəlkə rəyi-mətinü qövli-səvab.
Hərəkətdən olur ədəb məlum,
Qövlü göftardan olur məfhum.
Bu rümuzi bilir ülül-əbsar,
Fikrsiz aqil eyləməz göftar.
Eyləməz, ey yeganeyi-dü səra,
Ehtiyat etməmiş əməl dana.
Bir sualə olursa ol şaiq,
Ver onun sən cavabını layiq.
Mətləbindən ziyadə vermə cavab,
Xahiş etsə deyil bu nəqsi-xitab.
Məclisə daxil olsan, ey dana,
Yuxarı başda eyləmə məva.
Sahibi-məclis eyləsə ikram,
Sənə versə yuxarı başda məqam,
Mizəbanın çox eyləsə ilhah,
Keç yuxarı, əgər varındı səlah.
Gər qolundan tutub edə ikram,
Qıl təvazölə sədri-bəzmi məqam.
Soluva, sağuva elə kürnuş,
Etmə bihudə söhbət ilə xüruş.
Sakit ol qeyri eyləsə göftar,
Danışan şəxsə eyləmə azar.
Özgə kəs gördün eyləyir söhbət,
Sakit ol, eyləmə ona diqqət.
Diqqit etsən sənə ədavət edər,
Cəhldən ol sənə şəmatət1 edər.
Cünki ol kəs ki, başlayıbdı xitab,
Özünü aqil eyləyibdi hesab.
Seyyida, əq əgər ola mədum,
Kimsə öz cəhlin eyləməz məlum. 
 

--------------------------------------------------------------------------------
 
   1Şəmatət – tənə, danlaq, rişxənd.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Oğluma nəsihət - 8
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Oğluma nəsihət - 7
Cəfər, ey xəstə cismimin...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 74   
article Oğluma nəsihət - 6
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 62