Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Nuşirəvanın ova getməsi

Nuşirəvanın ova getməsi

Nəql edirlər ki, şahi-Nuşirəvan.
Oldu bir türfə seydgahə rəvan.
Tutdular seyd1 kim, kəbab edələr,
Şahi-dövranı kamiyab edələr.
Bir qulam oldu rustayə2 dəvan,
Ta gedib duz gətirsin ol əlan.
Dedi Nuşirəvan ədalət ilə,
Duzu al, ey qualm, qiymət ilə.
Töycüyə etməsinlər ani hesab,
Dağılıb olmasın bu kənd xərab.
Dedilər: - Ey şəhi-sitarə-məhəl,
Belə az nəsnədən yetər nə xələl?
Dedi: - Bünyadi-zülm dünyadə
Az olub, ey küruhi-dilsadə.
Sonradan kim ki, gəldi, etdi ziyad,
Qıldılar xanimanları bərbad.
Yesə bir sib3 əgər şəhi-baqi,
Olu viran rəiyyərin baği,
Beş yumurta əgər yesə sultan,
Ləşkəri min toyuq edər büryan.
Dari-dünyadə qalmaz ol qəddar,
Qalır ol şumə lənəti-büsyar.4
Zülmdən yer üzündə ot bitməz,
Zülmü sultan edəndə kim etməz?
Padşah etməsə ədalət əgər,
Olur əlbəttə dəhr zirü zəbər. 
 

--------------------------------------------------------------------------------
 
   1Seyd – ov.
   2Rustayə - kəndə.
   3Sib – alma.
   4Büsyar – çox. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Hamilə qadın məsləhətxanaya niyə getməlidir?
Əvvələn, ona görə ki,...

  10-21-2007    Baxılıb: 251