Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Molla və çoban əhvalatı

Molla və çoban əhvalatı

Bir çoban rast gəldi mollayə,
Görcəyin düşdü özgə sövdayə.
Kəsdi ol mollanın qabağını,
Qovzadı şəst ilə çomağını,
Dedi: - Ey mövtü mərk əsbabı,
Əhli-təzvirü mərdi-qullabi,
Dəli şeytan deyir ki, bir dəyənək
Mollanın zolla başına, zirək!
Dedi molla ki, ey çobani-dəğəl,
Dəli şeytan sözünə etmə əməl.
Adəmi ol çıxartdı cənnətdən,
Qıldı məhrum nazü nemətdən.
Tul qəflətdən ictinab eylə,
Əqlə gəl, taət et, səvab eylə!
Dedi: - Şeytan yenə deyir ki, mana
Eylə mollayə iki quzu əta.
Çün eşitdi quzu adın molla
Dedi: - Əhsən bu qövlə, namxuda!
Gah bir bax sözünə şeytanın,
Ta ki, rahət ola dilü canın.
Seyyida, gərci sən də mollasən,
Özüvü etmə böylə rüsvə sən.
Olma, təmma, get qənaət qıl,
Nəfsi-şeytanüvü məlamət qıl.
İmtəhanxanədir sərayi-sipənc,
Bi tilismatda nühandır gənc. 
 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Hacı və molla əhvalatı
(Köpəyə ehsan)   Var idi...

  10-6-2007    Baxılıb: 142   
article Soltanla qul əhvalatı
Bir qulami-əcəm bir soltan...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 68   
article Məktəbli ilə müəllimin əhvalatı
Bir uşaq incimişdi...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 56