Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Mir Cəfərə xitab - 3

Mir Cəfərə xitab - 3

Ey oğul, bil ki, feyzi-rəbbani
Neçə əqsam1 edibdi dünyani.
Bu qədər bil ki, xəlqi-xəft iqlim
Rubi-məskunda kim, olubla müqim2
Lövndə, təbdə deyil yeksan,
Mühtəlifdir təbayeyi-insan.
Məsələn, mülki-Zəngibarü Həbəş
Harrdır,3 xəlqi həm olur sərkəş.
Təlxgöftar olulla, tündmizac,
Qılmağa şərh bu deyil möhtac.
Təbdə sərddir çü mülki-şimal,
Xəlqinə tünd olur dəxi əhval.
Oların baisi hərarətdir,
Bulara vasitə bürudətdir.
Etidalə qəribdir İran,
Məsələn, İsfəhan, həm Tehran.
Bu yerin xəlqi cümlə zirək olur,
Xoşzəban, xoşmizacü göyçək olur.
Kim ki, bir yerdə etsə nəşvü nüma,
Tərbiyət eylər ani abü həva.
Necə kim, xaki-xitteyi-Kaşan
Yetirir əhlini məxufu cəban.4
Necə kim, var şüyui Bağdadın,
Əhli tənbəl olur o bərbadın.
Necə abü havadə var təsir,
Həm səbəbdir bu əmrə nütfəvü şir.
Ey xoş ol nütfeyi-bülənd-iqbal
Ola bir pak sülbdən inzal,
Edə bir bəççədani-paki məqərr,
Verə surət ona xudayi-süvər,
Onu gördün dəmi-viladətdə.
Doğa bir mötədil vilayətdə,
Şiri-xalis, səfalı abü həva,
Verə ol tifli-pakə nəşvü nüma,
Hiç şək yox, o əhli-hal olur,
Təbi xoş, sahibi-kəmal olur.
Bavücudi ki, yoxdu bunda sözüm,
Leyk bu əmrə qailəm mən özüm –
Ki, nə qədr olsa şəxs naqabil,
Tərbiyətlə yenə olur kamil.
Nə o kamil ki, əkməliyyəti var,
Cüzünün küllə mədxəliyyəti var.
Cəhd qıl bəs sütudə-əxlaq5 ol,
Əhli-zövq ol, məlihi-afaq6 ol,
Xoşzəban ol, oğul, gülər üzlü,
Milh göftarlı,7şəkər sözlü.
Cəhd qıl ta ki, ey nəticəyi-nur,
Verəsən qəlbi-mömininə sürur.
Olma dilbəstə, ol cəbini güşad,
Səni gördükdə mömin olsun şad.
Olma dünyada qəmtəriri əbus8 –
Ki, görənlər üzün ola məyus. 
 

--------------------------------------------------------------------------------
 
   1Əqsam – qismlər.
   2Müqim – yaşayan, sakin.
   3arr – hərarətli, çox isti.
   4Məhufu cəban – qorxulu, təhlükəli və qorxaq.
   5Sütudə əxlaq – tərifəlayiq, gözəl əxlaq.
   6Məlihi-afaq – üfüqlərin incəsi, xoşagələni.
   7Milh göftarlı – duzlu danışıqlı, şirin söhbətli.
   8Qəmtərirü əbus – sərt və qaşqabağlı, acıqlı. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Mir Cəfərə xitab
Cəfər, ey ahiyi-biyabanım, Ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 55   
article Mir Cəfərə xitab - 2
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 50   
article Oğluma xitab - 1
Ey oğul, alim olsa rəbbani, Sən...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 80