Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Mir Cəfərə xitab

Mir Cəfərə xitab

Cəfər, ey ahiyi-biyabanım,
Ey biyabani-dildə ceyranım!
Ey maralım, gəvəzni-xoşnigəhim,
Bürci-dildə cəmalı mehrü nəhim!
Belə yazmış bu rəmzi danalər,
Əhli-idrakü əhli-mənalər –
Ki, cahan içrə var elə işlər
Nəzərə ibtidadə xoş görünür.
Lakin axır verər nəticə yaman.
Buna şahiddir ayeyi-Quran.
Elə işlər də vardır, ey sərvər,
Sənə zahirdə çox yaman görünər,
Leyk axır verər nəticeyi-sud,
Olur ol mr sülləmi-məqsud.
Huş ilə guş qılsın, ey güli-tər,
Bu hekayət sənə kifayət edər. 
 

--------------------------------------------------------------------------------
 
Mir Cəfər şairin oğludur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Mir Cəfərə xitab - 2
Cəfər, ey...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 50   
article Mir Cəfərə xitab - 3
Ey oğul, bil ki, feyzi-rəbbani...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 55   
article Oğluma xitab - 1
Ey oğul, alim olsa rəbbani, Sən...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 80