Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Məktəbli ilə müəllimin əhvalatı

Məktəbli ilə müəllimin əhvalatı

Bir uşaq incimişdi məktəbdən,
Dedi: - Ey xaliqi-zəminü zəmən,
Bir ölüm ver bizim bu ustadə,
Ta olum məktəbindən azadə.
Bir doyunca gedim gəzim baği,
Həm edim baği seyr, həm daği.
Bu duani eşitdi mollası,
Dedi: - Oğlum, bunun nə mənası?
Mən əgər rehlət etsəm üqbayə,1
Qoyar atan bir özgə mollayə.
Atanın mərgini2 istə, ey nadan,
Qalasan ta yetimü sərgərdan. 
 

--------------------------------------------------------------------------------
 
   1Üqba – o biri dünya, axirət dünyası.
   2Mərg – ölüm, vəfat. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Aslan və qarışqa əhvalatı
Yay günü isti idi, bi

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 66   
article Hacı və molla əhvalatı
(Köpəyə ehsan)   Var idi...

  10-6-2007    Baxılıb: 142   
article Soltanla qul əhvalatı
Bir qulami-əcəm bir soltan...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 68