Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Loğmanın vəqəsi - 3

Loğmanın vəqəsi - 3

Dörd min il ömr eylədi Loğman,
Oldu ol vəqt ömrü kim, payan,
Lifi-xurmaydı, səqfü bamı onun,
Keçib ol evdə sübhü şamı onun.
Onda hər dəm ki, yatmağa uzanır,
Bədəni nisfdən eşikdə qalır.
Mələkül-mövt1 gəldi Verdi salam,
Gördü bir evdə eyləyibdi məqam,
əyləşibdir o evdə pirü əlil,
Rizq təhsinilnə toxur zənbil.
Dedi Əzrail: - Ey hünarzadə,
Bu qədər etdin ömr dünyadə,
Niyə bir xanə etmədin təmir?
Dedi: - Haza li mən yəmutu kəsir.2
 

--------------------------------------------------------------------------------
 
   1Mələkül-mövt – canalan mələk, əzrail.
   2Haza li mən yəmutu kəsir - Ölən adama bu da çoxdur


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?