|
Bar idi bir qarınqulu abid, əhli-təqva, müqəddəsü zahid. Hər gecə nan yeyirdi on batman, Sübhəcən xətm edirdi bir Quran. Onu da sübhədək namaz üstə, əsl məbuduna niyaz üstə. Bir nəfər şəxs eşitdi ani, dedi: -Nim nan gər yesəydi, yatsa idi, bu ibadətdən çox əfzəl idi. Hiç şəkk yox ki, mərdi-əkməl idi. Qarnuvu qıl təamdan xali, Olasan ta ki, hikmətə hali. Qıl tənavül təami sən kəm-kəm, Ibni adəmsən, olma ibn-şikəm.
|
|
Məqalə
|
716
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|