|
Dəmi-nəzI-rəvanda İsgəndər Eylədi bir vəsiyyət ol sərvər- Ki, anama deyin bu göftari, Xəlqə ehsanım eyləsin cari. Leyk hər kəs çəkibdi dərdü bəla Yeməsin ol təamdən qəta. Çünki saz oldu neməti-əlvan, Qıldı anın vəsiyyətini bəyan- Ki, gərək əkl etsin ol adəm Çəkməyibdir cahanda möhnətü qəm. Mütənəbbih olub kəlamından, Hamı çəkdi əlin təamından. Çünki çəkmişdi hamı möhnətü qəm, Çıxmadı hiç bir nəfər xürrəm. Madəri-əşkbari-İsgəndər Gərci olmuşdu zari-İsgəndər, Bildi ki, mərgə yoxdu bir çarə, Hamının qəlbinə dəyib yarə. Dilbəra, çox da çəkmə möhnətü qəm, Könlüvü eylə qəm günü xürrəm. Gərdişi-çərxi-kəcmədar keçər, Bu qəmü dərdi-ruzgar keçər.
|
|
Məqalə
|
710
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|