|
Seyrə çıxmışdı bir gün İsgəndər, Rast bir novcəvanə gəldi səhər. Sərbürəhnə, cünunü divanə, Mənzili bir fəzayi-viranə. Etdi divanəyə o şah xitab, Oldu divanə müstəndi-cəvab. Dedi mən padşahi-dövranəm, RübI-məskunə, bil ki, sultanəm. Zati-pakımda çün nəcabət var, Məndə dərya kimi səxavət var. Hər nə sən istəsən olur hasil, Istə bir şey ki, ta ola vasil. Dedi divanə: - Ey şəhi-məğrur, Məndən eylə bu dəm məkəsləri dur. Mənə milçəklər eyləyir azar, Məndən olsun buyur, bu ləhzə kənar. Dedi sultan ona ki, divanə, Bir şey istə ki, qadirəm anə. Güldü divanə, söylədi: - Ey şah, Qüdrətin xeyli var imiş kutah. Qüdrətin çünki yoxdu bir məkəsə, Edəcəksən nə lütf hiç kəsə. Mən təki çünki sən də acizsən, Özüvə görmə fəxri çaiz sən. Seyyida, gör ki, sərvəri-mərdan Eyləyib xütbədə bu rəmzi bəyan. Xeyli acizdü bu bəni-adəm, Bir məkəsdən çəkir bəlavü ələm. Məkəsə hökm qılsa ol qəyyum, Fil xortumuna salar xortum.
|
|
Məqalə
|
708
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|