İki aqil kəs eyləməz dəvə,
Eyləməz bir-birinə büğz1 əsla.
Cəng əgməqlə eyləməz aqil,
Əqli başında olsa gər kamil.
Onu nadan söysə vəhşətlə,
Bu onu ram edər fərasətlə.
Dostluq bil ki, tari-mu2 kimidir,
Büğz bir səng, ol səbu3 kimidir.
Gər iki dost olsa sahibdil,
Onu hifz eyləmək deyil müşkil.
Saxlayar bir tükü iki aqil,
Hər ikisi əgər deyil cahil.
Hər ikisi ki, olsa tirəzəmir,4
Onlara tab eyləməz zəncir.
--------------------------------------------------------------------------------
1Büğz – qəzəb, hirs, ədavət.
2Mu – tük.
3Səbu – bardaq, saxsı qab.
4Tirəzəmir – qəlbiqara.