Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Həccac ilə dərvişin söhbəti

Həccac ilə dərvişin söhbəti

Bir duasi qəbul olan dərviş
Saldı Bağdad şəhrinə təşviş.
Hər nə hacətçün eyləsəydi dua,
O duani qəbul edərdi xuda.
Onu xəccac eylədi ehzar,
Dedi: - Qıl bir duayi-xeyr izhar.
Əl götürdü, dedi: - Xudavənda.
Cismdən canını sən eylə cüda!1
Dedi həccac: - Ey məlaikxu,2
Səni tari, nə bəd duadır bu?
Dedi: - Bu bir duayi-əhsəndir.
Həm sənə, həm bizə mühəssəndir.3
Sən ölüb etməsən günahi-ziyad,
Sitəmindən cahan olur azad.
Nə gərəkdir sənə bu təxtü, bu tac –
Ki, olub payimal hər möhtac.
Mərdümazarlıq yaman işdir,
Belə qalmaqdan ölməyin xoşdur. 
 

--------------------------------------------------------------------------------
 
   1Cüda – ayri, ayrılıq, ayrılma.
   2Məlankxu – mələklər xasiyətli.
   3Mühəssən – gözəl iş. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?