|
Omiros adlı bir həkimi-zaman Ərzi-Yunanda olmuş idi əyan. O həkimü ədibü şair idi, Şer fənnində xeyli mahir idi. Bir nəfər mərd söylədi anə - Key hünərvər, həkimi-fərzanə. Deyiləm gərçi mədhə mən layiq, Həcvüvə lakin olmuşam şaiq. Bir neçə beyt həcv qıl məzkur, Ta olum cümlə aləmdə məşhur. Etmədi ol sözü həkim qəbul. O təmənnadə şəxs oldu məlul. Dedi bəs, ey ədibi-mülki-cahan, Deyərəm xəlqə kim, həkimi-zaman Bim edir məndən ol bədikəlam. Eyləməz həcvə xövfdən iqdam. Gör lətifə həkimi-fərzanə Nə cavab eylədi həkimanə: Dedi ki, bəs desən ki, şiri-jəyan Qorxudan vurmadı itə dəndan, Hiç kəs səndən eyləməz bavər, Şir fəzlin bilirlər əhli-hünər. Dedi ol şəxs: - Eyyühəl-fazil, Oldu səd şükr, mətləbim hasil. Sağ ol, ey filosofi-danişvər, Mənə bu həcv xud kifayət edər.
|
|
Məqalə
|
698
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|