Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Hekayət

Hekayət

Var idi bir maral çox ətşan,
Gəldi bir çeşmə üstə ol heyvan.
Bu təmənna ilə ki, su içsin,
Su içib, çeşməsardən keçsin.
Çün nəzər qıldı suyə ol heyvan,
Baxıb öz əksin onda gördü əyan.
Gördü nazik ayağın, ol dilxun,
Tutulub könlü, oldu çox məhzun,
Gördü buynuzların fəxamətlə,
Xatiri şad olub, fəxarətlə -
Ki, bu əsnadə bir neçə səyyad
Düşdülər ol maral qəsdinə şad,
Binəva görçək onları qaçdı,
Leyk təqrir öz torun açdı.
Qovdu səyyadlar onu çox tul,
Olmadı leyk bir murad hüsul.
Oldular ol şikardən məyus,
Etdilər çox təəssüfü əfsus,
Gəldi nakəh qabağə bir bişə,
Çox qalın bişə idi, pür rişə,
Ovçulardan o gün qurtarmağa can
Girdi ol bişə içrə ol heyvan.
İlişib buynuzu budaqlarə,
Olmadı bəs nicatına çarə.
Tutdular ovçular o heyvanı,
Düşdü dama-həlakətə canı.
Dedi ol binəvayi-xatirdağ:
Ey həqarətlə baxdığım əl-ayaq!
Sən məni xoş nicatə catdırdın,
Ölmüş idim, həyatə çatdırdın.
Et fəxarətlə baxdığım buynuz,
Övci-çərxə buraxdığım buynuz,
Saldın axır məni həlakətə sən,
Vərteyi-möhnətü məlalətə sən...

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ayı və siçan hekayəsi
Bir ayı yatmış idi...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 90   
article Hekayət 8
   Bir hakim qulluqdan məzul olmuşdu,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 87   
article Hekayət 9
   Bir padşahi-dərvişdust bir...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 88