Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Harun və şairlər əhvalatı

Harun və şairlər əhvalatı

Gəldi Harun üçün iki şair,
Hərə bir fərd eyləyib zahir.
Bu idi fərdi-əvvələ məna-
Ki, olur yaxşı felə yaxşı cəza.
Fərdi-sanidə həm bu idi əYan-
Ki, həmişə olur yamanə yaman.
Şairi-əvvələ o fəxri-kübar
Mərhəmət qıldı min ədəd dinar.
Şairi-saniyə həm etdi əta
Əvvəlin nisfini, o kani-səxa.
Əhli-bəzm oldu bu işə heyran,
dedilər: - Ey xəlifeyi-dövran,
birdi mənadə kim, bu iki kəlam,
bəs nədən oldu müxtəlif ənam?
Dedi kim, şəxs olsa xoştinət.
Yaxşılıqdan müdam edər söhbət.
Var idi tinətində çünki səfa,
Yaxşılıq fərdin eylədi o əda.
Ol birində yamanlıq oldu nihan,
Odu kim, söylədi yamanə yaman.
Sifəti-sahibi-kəlamdı söz,
Batin asarına təmamdı söz.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Harun və Bəhlul
Harun-ər Rəşid Bəhluldan...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 92   
article Aslan və qarışqa əhvalatı
Yay günü isti idi, bi

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 66   
article Hacı və molla əhvalatı
(Köpəyə ehsan)   Var idi...

  10-6-2007    Baxılıb: 142