Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Hammalın vəqəsi

Hammalın vəqəsi

Bir səbət şişə bir nəfər həmmal,
Aparırdı dalında malamal.
Nagəhan rast gəldi bir əşşar,
Bir dəmiri əlində əsbsüvar.
Səbətə vurdu mili ol sərməst,
Şişənin əksərini qıldı şikəst.
Dedi ondan: - Nədir bu, ey həmmal?
Dedi ki, vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,
Hər nə var idi, oldu cümləsi teyy.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?