Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Gənc sərxoş və abid

Gənc sərxoş və abid

Bir gecə bir cəvani-məstü xumar
Bir nəfər parsayə1 oldu düçar.
Oxuyurdu əlində həm bir saz,
Nəğməyi-Şur edirdi, gah Şəhnaz,
Görcəyin parsanı ol sərməst
Başını sazı ilə qıldı şikəst.
Dinməyib parsa keçib getdi,
Gəlibən sübh ona əta etdi.
Dedi ki, məst idin gecə, ey oğul,
Bir qədər mən sənə gətirdim pul-
Ki, sınan sazüvü dürüst eylə,
Xoş deyil ki, şikəst ola böylə.
Sağalıbdır mənim başımda yara,
Sən də qıl sazüvü dürüst-nəva.
Çün cavan onda gördü xülqi-həsən
2
Eylədi tövbə öz ədasindən.
 

   1Parsa – ibadətlə məşğul olan adam, abid.
   2Xülqi-həsən – gözəl xasiyyət.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Abid və quru kəllə
Çay kənarında bir...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 78   
article Qarınqulu abid
Bar idi bir qarınqulu abid,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 59   
article Riyakar abid
Abidi dəvət etdi bir sultan, Ta ola...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 61