Əzudun oğlu oldu çün bimar, Atasından tükəndi səbrü qərar. Dedi bir abidi-fəriştənihad: Quşları eylə bənddən azad. Ta xuda oğluva şəfa versin, Lütf ilə dərdinə dəva versin. Ol xudavəndi-ədlü bəxşişü dad, Etdi bülbülləri o dəm azad. Leyk bir əndəlibi-nəğməsəra Nəğməsindən müzəyyən oldu səra, Qaldı künci-qəfəsdə zarü əsir, Biqərarü həzinü bəs dilgir. Əzudun oğlu ta ki, tapdı şəfa, Bilib əhvalı ol güli-rəna. Dedi: - Ey bülbüli-Məsihnəfəs, Səni sövtün qoyub əsiri-qəfəs. Olmasaydı əgər bu göftarın, Olma idi bu gunə azarın. Neçə ki, Seyyidi-bədikəlam Dil bəlasın çəkər cahanda müdam. Nitqdəndir bəlalər insanə, Nitq elə hər sözü həkimanə. Demirəm ki, həmişə xamuş ol, Nitq həgamı sahibi-huş ol. Necə kim Sədi eyləmiş israr: “Əvvəl əndişə, vongəhi göftar”.1 Fikr qılmaq binadü, söz divar. “Paybəst amədəst, pəs divar”2 | | |
| 1Əvvəl əndişə, vongəhi göftar - Əvvəl düşün, sonra danış. 2Paybəst amədəst, pəs divar - Əvvəl bünövrə, sonra divar. |
|
|
Məqalə
|
691
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|