Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Dəvə və balası

Dəvə və balası

Azim olmuşdu karivani-ərəb,
Bir şütürbeççə1 çəkdi rəncü təəb.
Çün yoruldu o nazənin-rəftar,
Öz anasına eylədi izhar,
Dedi: - Ey madəri-qəviəndam,
Bir zaman yatgilən, tutaq aram.
Bu nə seyri, bu nə səyahətdir,
Nə məşəqqət, bu nə mərarətdir?
Gəlmisən dağlar üstə covlanə,
Düşmüsən Qeys tək biyabanə.
Dedi: - Ey tifli-şirxarə, məgər
İxtiyarımladır mənim bu səfər?
Olsa idim bir ixtiyar içrə,
Çəkməz idim yükü qatar içrə.
Sarbanın əlində oldu məhar.
2
Hər tərəf çəksə, eylərəm rəftar.
Gərçi məndən tapır bu fel südur,
Mənəm aləmdə faimi-məcbur.
Gedirəm, əldə bir maharım3 yox,
Öz əlimdə bir ixtiyarım yox.
Kəştini sanma naxuda aparır,
Hər tərəf istəsə, xuda aparır.
Seyyida, həqdi faili-mütləq,
Etmə ləq-ləq kimi əbəs ləq-ləq.
Kimsə olmaz sənə cahanda dayaq,
Həqq – təaladü qasimi-rəzzaq,
Gəlməmiş sən cahanə ey mədum,
Ruziyi-qismətin olub məqsum.
4
Çəkmə ruzidən ötrü zərreyi-qəm,
Çatacaqdır sənə nə bişü nə kəm.
Leyk təhsilə5 eylə sən tədbir,
Şayəd olsun müvafiqi-tədbir.
 

   1Şütürbeççə - dəvə balası.
   2Məhar – cilov.
   3Mahar – ixtiyar.
   4Məqsum – təqsim olunmuş, bölünmüş.
   5Təhsil – hasil etmə, əldə etmə.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Siçan və balası
(Təmsil)   Bir ədəd bikəmal...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 45