Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Aslan və iki öküz

Aslan və iki öküz

Bir çəragah içində iki öküz,
Otlayırlardı şad gecə-gündüz.
Nagah onlara bir qəvi aslan,
Eylədi həmlə səxt seyhə-künan.
Çün öküzlər görüb o əhvali,
Oldular fikri-xəsmdən hali.
Verdilər dal-dala o heyvanlar,
Qıldı buynuzlarıyla cövlanlar.
İttifaq eyləyi diliranə,
Durdu onlar müqabil aslanə.
Gördü aslan çü surəti-karı,
Bildi ki, həmləsi deyil karı.
Görüb aslan ki, yox işində zəfər,
Oldu rubəh misali hiylətgər.
Hiylə fikriylə ol qəvi-sövlət,
Öküzün eylədi birin dəvət.
Dedi: - Ey gavi-xoşələf, hərgah
Olasan ol rəfiqdən ikrah.
Sənə minbəd etmərəm azar,
Olusan hər çəməndə bərxürdar.
Sənə verrəm hamı ələfzarı,
Görməsən bir dirəndə azarı.
Olusan daima pənahımda,
Dərgəhi-ərşi-iştibahımda.
O qədər vəsf edib özün satdı,
Axır ol binəvanı aldatdı.
Onları bir-birindən etdi cüda,
Oldu aslanə müddəa peyda.
Onların parə qıldı əzasın,
Ey gözüm nuru, anla mənasın.
Əgər olsaydı ittifaqləri,
Gavlər görməz idi bu xətəri.
Xah rus əhli olsa, xah firəng
Vətən əhlilə olgilən yekrəng.
İttihad eylə, ittifaq eylə,
Üzüvü hər məkandan ağa eylə.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Tülkü ilə Aslan
   Tülkü görür ki, Aslan...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 132   
article Tülkü və aslan
Meşədə tülkü...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 142   
article Aslan, qurd və tülkü
Bir zaman tülkü, qurd, həm aslan...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 118