Yay günü isti idi, bir aslan Bir mağara içində oldu nihan; Ta ki, rahət ola hərarətdən, Dincələ zəhmətü mərarətdən. Üstünə bir qarışqa çıxdı rəvan, Gəzibən seyr eylədi hər yan. Diksinib şir durdu vəhşətdən, Tülkü güldü ona o halətdən. Dedi: - Ey canəvərlərin şahı, Ucalan ərşə xeylü xərgahı, Səndə kim, bu hünər, bu qüdrət var, Zati-pakında kim, şücaət var, Mur1 kim, bir zəif xilqətdir, Bəs nedirsən, bular nə vəhşətdir? Dedi: - Ey tülkü, vəhşətim yoxdur, Murdən hiç zəhmətim yoxdur. Leyk bu ardır mənə peyda- Ki, çıxa padşahın üstə gəda. Seyyida, vermə üz gədalərə sən, Düşmə bu möhnətü bəlalərə sən. Çün güli-gülşəni-vəfasə sən. Niyə hər xarə aşinasən sən? Bülbüli-gülşəni-həqiqtsən, Mu-məcaz ilə qılma ülfət sən. Qəfəsi-cismi sal bu viranə, Eylə pərvaz baği-rizvanə. | | |
| | 1Mur – qarışqa. | | |
|
|
Məqalə
|
683
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|