Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Abid və quru kəllə

Abid və quru kəllə

Çay kənarında bir nəfər abid
Həqqə olmuşdu şövq ilə sacid.1
Gördü bir kəllə su üzündə əyan,
Aparır çay aşağə seyli-rəvan.
Durub abid o kəlləyə yetdi,
Kəllənin halını sual etdi.
O quru kəllə nitqə gəldi rəvan,
Dedi: - Ey abidi-fəriştənişan,
Şah idim mən cahanda izzət ilə,
Ruzgarım keçirdi şövkət ilə.
Tac ilə təxtü dövlətim var idi,
Gəncü zərrü rəiyyətim var idi.
Hər tərəf işlər idi fərmanım,
Xoş keçərdi həmişə dövranım.
Məclisimdə müdam cami-şərab,
Saqivü badə, çəkgü tarü rübab.
Neçə zərrinkəmər qulamlərim,
Hasil idi cahanda kamlərim.
Məclisim xüld2 badə kövsər idi,
Hər murad istəyəm-müyəssər idi.
Eylədi dəhr eyşimi bərbad,
Mürği-ruhə əcəl olub səyyad,
Mənzilim ta ki bir məğak oldu,
Bədənim döndü tirə xak oldu.
Qəbrimi seyl həm fəna qıldı,
Məni bu halə mübtəla qıldı.
Seyyida, bir diyardır bu fəna-
Ki, bərabərdir onda şahü gəda... 
 

--------------------------------------------------------------------------------
 
   1Sacid – səcdə edən.
   2 Xüld – behişt. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Gənc sərxoş və abid
Bir gecə bir cəvani-m

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 71   
article Qarınqulu abid
Bar idi bir qarınqulu abid,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 59   
article Riyakar abid
Abidi dəvət etdi bir sultan, Ta ola...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 61