Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Təbiət .: Flora haqqında

Flora haqqında

Azərbaycan R – in ərazisi 88.6 min km2-dir. Bu ərazi zəngin floraya malikdir (4200-dən çox ali sporlu və çiçəkli bitki növləri yayılmışdır). Növlərin ümumi sayına görə buradakı flora qardaş Zaqafqaziya respublikadakından çoxdur. Respublikamızda rast gələn bitki növləri 125 fəsilədə (Qafqazda 156) və 930 cinsdə (Qafqazda - 1286) birləşmişdir. Azərbaycan florası Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 %-ni təşkil edir. Azərbaycanda floranın zənginliyinə və rəngarəng bitki örtüyünün olmasına səbəb, onun fiziki coğrafi və təbii – tarixi şəraitinin uzaq floristik vilayətlərin təsirləri altında formalaşmış mürəkkəb flora tarixi ilə əlaqədardır. Respublikamızın üçüncü dövrə aid olan relikt cinsləri ilə də zəngindir ki, bunların da nümunələrinə respublikanın bütün zonalarında, xüsuilə Talış rayonu ərazisində daha çox rast gəlinir. Üçüncü dövr reliktlərinə dəmirağacı (Parrotia persica). Lənkəran akasiyası (Albizzia Julibrissin), şabalıd – yarpaq palıd (Quercus castaneifolia), azat (Zelkova hyrcana), şümşat (Hex hyrcana), danaya (Danae racemosa) və başqalarını göstərmək olar. VIII cildlik “Azərbaycan florası” əsərində respublikamızda 370-dən artıq endemik bitki növlərinin olduğu göstərilir. Cənubi Zaqafqaziya, xüsusilə Naxçıvan MR və Zuvand rayonları endem bitkilərin çoxillik ot nümunələri ilə daha çox zəngindir. Azərbaycan florasının tərkibində bütün real tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqır, kserofil, səhra, Qafqaz və adventiv tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri Talışda, boreal tipi Böyük və Kiçik Qafqazın yüksək dağ zonalarında, kserofil və Qafqaz tipləri respublikanın bütün rayonlarında, bozqır tipi Bozqır yaylası və Kür – Araz ovalığında daha geniş yayılmışdır. Səhra və adventiv areal tiplərinə isə respublikamızda az təsadüf edilir. Respublikanın Kür – Araz ovalığında, Xəzər ətrafı və başqa düzənliklərdə çoxlu miqdarda göl, gölməşələr, axmazlar və bataqlıq sahələri vardır ki, bunlarda da zəmgin bitki örtüyü inkişaf etmişdir. Su – bataqlıq bitkiliyi (çala) interezonal xarakter daşımaqla yarımsəhra bitkiliyi arasında ləkələr şəklində, tuqay meşələri arasında, böyük çayların, kanalların, limanların və axmazların kənarlarında rast gəlinir. Çay kənarlarında qarğı (Arundo donax), bataqlıq yerlərdə isə qamış Phragmites australis-ph. Communis, çəngəllikləri əmələ gəlir. Bəzi yerlərdə taxıl bitkisi nümunələri sıx, hündür (3 m-ə qədər) və çətin keçilən çəngəlliklər yaradırlar. Belə çəngəlliklərdə - Cynanchum acutum, Cressa cretica, Alopecurus myosuroides, çiyən (Typha), volfiya (Wolffia arrhiza), başqa növ bitkilərə çox təsadüf edilir. Burada savanna tipli hündür boylu marqus (Erianthus purpurascens) bitkisinə rast gəlinir. Kür – Araz ovalığındakı çala tipli bitkilərdə çayarlıq (Cynodon dactylon), biyanlıq (Glycirrhiza glabra) və lıqvər çəngəlliyi (Bolbischoenus maritimus) nisbətən geniş yayılmışdır. Lıqvər çəngəlliyi quruluşuna görə qarğı çəngəlliyini xatırladır. Qarabağ düzənliyində dəvəayağı (Limonium meyeri L. scoparium), süsən (Lris), qırxbuğum (Polygonum patulum), poruq (Stachys palystris), ağlarot (Lythrum salicaria) kimi bitki növlərinə tez – tez rast gəlinir. Şərqi Zaqafqaziyanın rütubətli şorakətli düzənliklərində - Halostachys caspica, Halocnemum strobilaceum, Salicornia europaea, Suaeda al tissima, Kalidium caspicum və başqaları geniş məskən salmışlar. Liman və axmazlarda (xüsusilə Dəvəçi limanında) ən çox çiyən (Typha angustifolia və Turha-nın başqa növləri) yayılmışdır.
Kür çayının aşağı hissəsindəki bəzi göl və kanallar üçün Xəzər şanagülləsi (Nelumbium alba), bataqlıq çiçəyi (Nymphoides peltatum), qovuqca (Ulticularia vulgaris), salviniya (Salvinia natans) və s. kimi su bitkiləri çox xarakterik hesab edilir. Adətən, çanagüllə bitkisi sıx çəngəllik əmələ gətirərək suyun səthini öz enli yarpaqları ilə tam örtər və çiçəkləmə dövründə qeyri – adi gözəllik yaradır. Relikt assosiasiyaya aid olan şanagüllə çəngəllikləri üçüncü dövrdən hazırki günə gəlib çatmışdır. Talış düzənliklərində bataqlıq sahələr geniş yayılmışdır. Burada su çiçəyi (Potamogeton pectinoides P. Lucens), saöaqotu (Myriophyllum spicatum), su fındığı (Trapa hyrcana), buynuzyarpaq (Ceratophyllum demersum) və s. kimi bitkilər çoxluq təşkil etməklə, bataqlıq formasiyalarından süsənlik çəngəlliyini də qeyd etmək olar. Burada sarı bataqlıq süsəni (iris pseudocorus), qurbağaotu (Sparganium erectum (- S. polyedrum), bataqlıq cilli (Schoeloplectus lacutris) və bataqlıca (Helecharis eupalustris) xüsusi formasiyalar yaradırlar. Bütün düzənlik boyu çoxlu miqdarda quruyan bataqlıqlar üçün qaymaq çiçəyi (Ranunculus ophioglossifolius), buşiya (Buschiya laterifloro), lippiya (Lippia nodiflora), nanə (Mentha agnatica), qırxbuğum (Polygonum minus), yol baqəvəri (Alisma plantago) və s. kimi boyu qısa olan alabəzək otların yayılması çox səciyyəvidir. Su – bataqlıq bitkiliyinə aşağı, orta və yüksək dağ qurşaqlarında da rast gəlinir. Su bataqlıq bitkiliyi respublikanın subalp və alp qurşaqlarında daha geniş yayılmışdır. Bu quşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçə vardır. Bunlardan ən xarakterik olanları Kiçik Qafqazda Alagöllər massivi, Zalxılıgöl; Böyük Qafqazda Xalagöl; Naxçıvan MR-də Batabat, Qanlıgöl, Göygöl, Salvartı və Qazan gölləridir. Kür – Araz ovalığı, Xəzər ətrafı və başqa geniş düzənliklər yovşanlıq və şorangəlik yarımsəhraları, ən aşağı dənizkənarı şorlaşmış qumlu yerlər və rütubətli şoranlıqlar isə kolcuqlardan ibarət səhra tipli bitkiliklə örtülmüçdür. Şorangəlik bitkiliyinə, yovşanlığa nisbətən çox ayrı – ayrı variantlarda rast gəlinir, çünki bunun əsasının müxtəlif şorəngə cinsinə aid olan edifikatorlar təşkil edir. Şorangə bitkisi numunələri üst qatı az – çox şorlaşmış boz tipli torpaqlarda da yayılmışdır.

Sarsazanlıq və ya qaraşoranlıq (Halocnemetum). Bu şorangılik səharsı ən çox şoran torpaqlarda inkişaf edir. Qaraşoranın (Halocnemum strobilaceum) alçaqboylu, yerə sərilmiş kolcuqları təpəciklər əmələ gətirməklə, səhrada iri təpəcikli çoranlıqlar yaratmış olur. Belə böyük təpəciklərə ən çox Lökbatan düzənlikləri, Muğan bozqırları və başqa səhralarda rast gəlinir. Sarıbaş səhrası (Kalidietum) da həmçinin çox şoran torpaqlarda yayılmaqla, çox böyük olmayan kol şəklində (Kalidium caspicum) formalaşmışdır. Xırda təpəcikli sarıbaş səhralarına Kür – Araz ovalığı və Xəzərətrafı sahələrdə ləkələr şəklində rast gəlinir. Şahsevdilik (Halostachydetum) səhrası iri kol olan (Halostachys caspica) iştirakı ilə əmələ gəlmişdir. Bu səhra əsasən düzən yerlərdə yayılmışdır. Yuxarıda göstərilən iki səhra formasına nisbətən, şahsevdilik səhrasının tərkibində 5-6 növ efemer və efemerioidlərə təsadüf edilir. Bəzən yulğunla (tamarix) birlikdə rast gəlir. Bu formasiyanın xarakterik massivi Şərqi Zaqafqaziya düzənliyi hesab edilir. Çərən səhralığı (Suaedetum) Suaeda microphylla və s. dendroides kolluqları hesabına formalaşmışdır. Çərənin geniş yayılmış yuxarıda göstərilən iki növünə Kür – Araz ovalığı və çox yüksək olmayan dağətəyi yamaclarda rast gəlinir. Çərənin birillik növlərinə dənizkənarı düzənliklərdə və şorangəli səhralarda ləkələr şəklində təsadüf edilir. Şahsecdi şoranlığı (Salsoletum ericoides) ən geniş yayılan şorangə səhralarından biridir. Tək – tək, bəzəndə başqa şorangələrlə birlikdə formasiyalar əmələ gətirir. Respublikamızın istər qərb (Ceyrançöl, Acınohur) və istərsə də şərq (Şirvan, Mil, Muğan) rayonlarında geniş yayılmışdır. Dağ şorangəliyini (Salsoletum gem mascens) ən çox yeni əhəmiyyəti olan kiçik Salsola naulosa (-S. gemmascens) kolcuqları əmələ gətirir. Ən geniş yayılmış dağ şorangəliyi sahələrinə dağətəyi rayonlarında Qobustan, Ceyrançöl və Acınohurda rast gəlinir. Bəzən yovşanla (Artemisia fragrans) birlikdə yarımsəhralar əmələ gətirir. Bu növ şorangə formasiyalarında efemer və efemerioidlər bolluq təşkil edirlər. Ağacvari şorangəlik (Salsoletum dendroides) yarımsəhrası Salsola dendroides kolları hesabına formalaşmaqla daha geniş sahələrdə yayılmışdır. Ağacvari şorangə (qarağan) az şorlaşmış torpaqlara uyğunlaşmışdır. Bu yarımsəhraların tərkibi efemer bitkiləri ilə çox zəngindir. Ağacvari şorangə bitkisi yovşan, digər şorangələr və çala bitkiləri ilə (Alhagi, Glycyrrhiza) və başqaları müxtəlif variantlarda keçid və qarışıq qruplaşmalar, yaradır. Ağacvari şorangə bəzi yerlərdə hündürlüyü bir metrə çatan sıx qol – budaqlı yarımkollar əmələ gətirir. Ümumiyyətlə, respublikamızda şorangə (Saisola) cinsinin 22-yə kimi növünə rast gəlinir. Birillik şoran bitkisi nümunələrindən yağlı şoran (Saisola crassa) və qışotu (Petrosimonia brachiata) respublikanın qış otlaqlarında çox geniş yayılmışdır. Meyvələmə zamanı çox əlvan görünən şorangə (Seidlitzia florida) çəngəlliklərinə Şəki yaylasının az şoranlaşmış yerlərində təsadüf edilir. Göstərilən birillik şoran bitkiləri qruplaşmalarında efemerlərin zəif inkişafı çox xarakterikdir. Şorangə bitkisi çəngəlliklərinə Naxçıvan MR və bozqır yaylasında rast gəlmək olar. Çoxillik halofit bitkilərindən Anabasis, aphylla, Atraphaxis angustifolia, Kochia prostrata, bitkilərindən isə Gamanthus pilosa, Solicornia europaea və başqalarına tək – tək və digər şorangə bitkiləri ilə birlikdə rast gəlir. Atraphaxis spinosa boz dağlarda, ardşc meşəliklərində geniş yayılmışdır. Yovşanlıq yarımsəhrası (Artamisieta) ən geniş yayılmış yarımsəhra bitkiliyi tiplərindən biridir. Bu yarımsəhra bitkiliyi boz tipli zəif şoranlaşmış torpaqlarda inkişaf edir. Qeyd etmək lazımdır ki, yarımsəhraların fiziki coğrafi şəraiti səhralara nisbətən yaxşı olduğu üçün, burada bitkilərin inkişafı üçün əlverişli şərait vardır. Tam (təmiz) yovşanlıq, yarımsəhrası daha geniş yayılmışdır. Lakin yerlərdə yovşanlıq yarımsəhrası ilə birləşərək, qarışıq formasiyalar əmələ gətirir. Xüsusilə Kür – Araz ovalığında yovşanlı qarağanlıq (Artemisieto – Salsoletuin dendroides), yovşanlı - şahsevdi şoranı (Artemisieto – Salsoletum ericoide), yovşanlı gəngizlik (Artemisicto – Salsoletum gemmascens) kimi müxtəlif variantlarda qarışıq yovşan və şorangə formasiyaları geniş sahələri əhatə edir. Qobustan, Ceyrançöl və Naxçıvan MR-nın bəzi dağətəyi rayonlarında yovşanlı – şiyavlıq (Artemisieto – Stipetum lessingiana) və yovşanlı ağotluq (Artimisieto – Botriochloa ischaemum) kimi bozqır tipli formasiyalar müşahidə edilir. Yovşan formasiyalarının bütün variantlarında soğanaqlı qırtıc (Poa bulbosa), yapon tonqalotu (Bromus japonicus), bərk quramit (Lolium rigidum), şərq bozağı (Eremopyrum orientale), durnaotu (Erodium cicutarium), xırda qarayonca (Medicago minima), göy qarayonca (Medicago coerulea) və s. kimi efemer və efemeroid bitkiləri üstünlük təşkil etməklə, yarımsəhralıqda təbii landşaft yaradırlar. Ümumiyyətlə, yovşan yarımsəhrasında efemer və efemoid bitkilərin sayı 20 – 25, bəzən isə 25 – 40-a çatır. Yovşan formasiyaları açıq şabalıdı və bozumtul torpaqlarda, dənizkənarı qumluqlarda və s. yerlərdə inkişaf edir. Dənizkənarı və dəniz altından çıxmış sahələrdə qumluq yovşanı (Artemisia), gəvən (Astragalus hyrcanus, A. igniarius) və endemik (Astragalus bakuensis), İran sarmaşığı (Convolvulus persicus) və başqa bitkilərə rast gəlinir. Bundan əlavə qumluqlarda Convolvulus erinaceus, Stipa lagascae (-S. gigantea), Ammochloa palestina, Caligonum bakuense, Nitraria schoberi və s. kimi maraqlı və nadir bitki növləri inkişaf edir. Hazırda səhra və yarımsəhra tipli bitki örtüyü olan sahələrin geniş bir hissəsində kənd təsərrüfatı bitkiləri becərilir. Ceyrançöl yüksəklikləri və bozqır yaylada yarımsəhra bitki örtüyü, bozqır bitkilikləri ilə birləşərək, yarım bozqır (quru bozqır) tipli bitki qruplaşmaları əmələ gətirir. Yarımbozqırlarda yarımsəhralara nisbətən çiməmələgəlmə prosesi surətlə gedir. Ot örtüyü isə nisbətən seyrək olur. Yarımbozqırların tərkibində taxıl edifikatorları ilə yanaşı, çoxillik müxtəlif otlar, paxlalılar və birillik otlar da iştirak edir. Yarımbozqırların ən səciyəvi bitkilərindən Medicago transcaucasica, Centaurea reflexa, Gypsophilla Stevenii, Teucrium polium, Sideritis montana, Minuartia montana (-M viesneri), Stipa capillata və başqalarını göstərmək olar. Dəniz səviyyəsindən bir qədər yüksəkliklərdə topal Festuca rupicola (-F. sulcata), şiyav (Stipa caspica), (-S.szovitsiana) və nazikayaq (Brachypodium distachyum) bu bitkilərə qarışır. Şəki yaylası rayonunda qızılsaqqal (Chrysopogon gryllus) böyük çəngəlliklər əmələ gətirir. Bu çəngəlliklərin floristik tərkibi dağ yamaclarının istiqamətindən asılı olaraq dəyişir. Belə ki, cənub yamaclarında çoxillik taxıl otları (Stipa caspica (-S.szovit-siana, Agropyron cristatum, Botriochloa ischaemum) bu çəngəlliklərə qarışaraq qızılsaqqal bozqırı, şimal yamaclarında isə müxtəlif otlar və paxlalılar (Potentilla recta, Gruciata glabra- (Galium vernum), Filipendula vulgaris (-F. hesapetala). Astragalus multirjugus (-A. stevenianus), Medicago transcaucasica, Koshia prostrata, Salvia nemorosa, Onobrychis cyri, O. vaginalis bir sahədə rast gələrək yarımbozqır tipli bitki örtüyü əmələ gətirirlər. Bozqır tipli bitki örtüyünə həmçinin ortadağ (şiyavlıq) və yüksəkdağ (şiyavlı topallıq) qurşaqlarında rast gəlinir. Yüksək dağ zonalarında, xüsusilə subalp və aslp çəmənliklərində bozqırlaşmış çəmən tiplərinə də təsadüf edilir. Fcstuca rupicola (-F. sulcata), F. supina, Stipa capillata, Festuca Kotschyi, -F. varia isə yüksək dağ bozqırlarının edifikatorları hesab edilir. Axırıncı növ F. varia bozqırlaşmış çəmənlik əmələ gətirir. Bütün bozqır variantlarının səciyyəvi bitkilərindən: Koeleria macrantha – (-K.gracilis), artemisia orientalis, Thymus grex sp. Pyrethrum grex sp. Dianthys grex sp. Scabiosa caucasica, Pimpinella rhodanta, Plantago lanceolata, (Phleum phleoides, Grusiata glabra (-Galium vernum), Onobrychis sp. və başqalarını göstərmək olar.

Respublikanın quru isti cənub rayonlarında (Naxçıvan MR, Zuvand, Cəbrayıl, Zəngilan və s. (dağ kserofit bitkiliyi) friaqana, şiblək tikanlılar tipi və s.) inkişaf etmişdir. Tikanlılar tipi daha geniş areala malikdir. İqlimin quru, relyefin müxtəlif (dər - təpəli) və yamacların çınqıllı, daşlı, qayalı olması, dağ kserofit formasiyasının yayıldığı rayonlar üçün çox səciyyəvidir. Tikanlılar tipinin ön asiya variantları respublikamızda daha geniş inkişaf etmişdir. Bu senozların tərkibi yastığabənzər formada tikanlı kiçik kollardan, xüsusilə tikanlı gəvən və tikanlı buynuzlu xaşadan (Onobrychis cornuta) ibarətdir. A. A. Qroccheym tıs – tıs kolcuqlarını da (Acantholimon grex sp.) tikanlılar tipinə aid edir. Gəvən növlərindən Astragalus aureus yüksək dağ qurşaqlarında geniş areala malikdir. A. microcephalus növü isə aşağı və orta dağ qurşağı yamaclarında ləkə – ləkə çəngəlliklər əmələ gətirir. Az təsadüf edilən A.andrejii növü, xüsusi çəngəllik əmələ gətirir və onun fitosenoloji quruluşu yuxarıda göstərilən növlərin quruluşuna oxşayır. Göstərilən gəvənliklərin daimi komponentlərindən bozqır variantlı bitkilər: Festuca rupicola (-F. sulcata), Thymus grex sp. Və s. göstərmək olar. Onobrychis cornuta – ja Arrıdağda, Culfa və Dağlıq Qarabağ rayonlarının nisbətən aşağı sahələrində təsadüf edilməklə, dağ kserofit tipli bitki örtüyü əmələ gətirir. Naxçıvan MR-nın dağ kserofit bitkiliyinin kiçik bir sahəsinin müxtəlif variantlarda yayılmış friqana tipli bitki örtüyü təşkil edir. Friqanalar 1000 – 1500 metrə qədər yüksəkliklərdə müstəqil formasiyalar yaradırlar. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Naxçıvan MR-də friqanın əmələ gətirən bitkilərdən: halimiphllum atriplicoides (-Zygophyllum atripilcoides), Aellenia glauca (-Salsola glauca), Salvia dracocephaloides, Astragalus sovitsii, Amblyopogon xanthocephalus, Hedysarum formosum, H.atropatanum, Hypericum scabrum, Stachys fruticulos, S.inflata, Onobrychis transcaucasiva və s. göstərmək olar. Tomilyar variantlı friqana formasiyaları da az – çox yayılmışdır. Bu formasiyaların tərkibində əsasən kəklikotu (Thymus kotschanus) və çölnanə (Satureja macrantha) dominantlıq təşkil edirlər. Tərkibi əsasən kollardan ibarət olan qariqa tipli kserofit formasiyalar friqanalara nisbətən az yayılmışdır. Qariqa tipli bitki örtüyü üçün karvanqıran (Atraphaxis spinosa), murdarça (Rhamnus pallasii) və s. bitkilər çox səciyyəvidir. Bütün friqiana variantlarında yuxarıda göstərilən dominantlardan əlavə Euphorbia, Marrubium, Lactuca, Achillea, Phlomis, Cousinia və s. kimi cinslərin bir çox növləridə geniş yayılmışdır. Respublikamızda friqiana tipli bitkiliyə nisbətən şiblək bitki örtüyü kiçik sahələri əhatə edir. Bu isə şiblək bitki örtüyü olan sahələrdə kolların qırılması və üzümlüklər salınması ilə əlaqədardır. Lokal formada respublikanın cənub rayonlarında, xüsusilə naxçıvan MR, Zəngilan və Turyançay qoruğunda şiblək variantlı dağ-kserofit bitkiliyinə rast gəlinir. Müxtəlif variantlı şiblək formasiyalarının əsasını Amygdalus fenzliana, Rhamnus pallasii, Paliurus spina christi, Cotoneaster racemiflora, Spiraea komarovii və s. kimi bitki növləri təşkil edir. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində (Zəngilan, Qubadlı yaylası və s.) tərkibi ardıc, nar və saqqız ağaclarından ibarət arid tipli seyrək meşələrə rast gəlinir ki, bu meşələr təbii halda saqqız ağacı – ardıc meşəliyi Turyançay qoruğunda yaxşı saxlanılmışdır. Bu qoruqda ardıcın 6 növünə təsadüf edilir. Müxtəlif ardıc növlərinin hündürlüyü 6 – 7 metrə çatır. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində yerləşən kserofil tipli meşə və meşəciklərin əsas tərkibini saqqız ağacı (Pistacia mutica) və müxtəlif ardıc (Juniperus) növləri təşkil edir. Kiçik meşələrdə dağ-dağan (Celtis caucasica), sarağan (Cotinus coggygria), albalı (Cerasus incana), jasmin (Jasminium fruticans), murdarça (Rhamnus pallasii), topulça (Spiraea crenata) və s. kimi bitkilər rast gəlinir. Eldar oyuğu sahəsində (bozqır yaylası) üçüncü dövrün qalığı olan seyrək eldar şamlığı (Pinus Eldarica) meşəliyi vardır. Kür – Araz, Alazan və İori çayları boyu hissə – hissə lenta şəkilli lokal formalı tuqay meşələri yayılmışdır. Bu meşələrin tərkibi qovaq (Populus hybrida), söyüd (Salix australius), iydə (Elaeagnus angustifolia), qaraağac (Ulmus foliacea), tut (Morus alba), yulğun (tamarix ramosissima), nar (Punica granatum) kimi ağac və kol cinsi növlərindən ibarətdir. Bəzən dağ çayları boyu Tuqay meşəliklərinə, xüsusilə iri çay vadilərində və dəfələrlə seyrək kollardan ibarət meşəciklərə rast gəlinir ki, buradada ən çox çay dükanı, iydə, sumax, skumpiya, yulğun, söyüd, tut, pirakanta, nar, itburnu, böyürtkan və s. kimi bitkilər geniş yayılmışlar. Çaytikanına (Hippohae rhamnoides) başlıca olaraq dağ vadilərində Şinçay, Kişçay, Dəmiraparançay, Turyançay, Göyçay, Ağsuçay və s. geniş yayılmışdır. Respublikamızda bu bitkinin bol xammal ehtiyatı vardır. Talışın çay kənarlarında yalanqoz (Pterocarya pterocarpa) və qızılağac (Alnus subcordata) çox vaxt içəngəlliklər əmələ gətirir. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıqlı meşələri üçün çox səciyyəvidir. Talışın ətraf meşələrində incilin yerli endemik növü (Ficus hyrcanica), xamırmaya (Humilus lupulus), çəpər sarmaşığı (Smilax exceisa), kəndalaş (Sambucus ebulus), cilin müxtəlif növləri (Carex), ürəkotu (Cardamine), dişə (Poa), bataqlıqlarda isə cığ (Juncus grex sp.) rast gəlməklə müxtəlif cığlıq (Juncetum) formasiyalar əmələ gətirirlər. Quba - Xaçmaz, Qarabağ və eləcə də Alazan – Həftəran vadisində lokal formalı (ləkələr şəklində) düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərdə uzun saplaq palıd (Quercus longipes), qaraağac (Ulmus foliacea), yemişan (Crataegus grex sp), əzgil (Mespilus germanica) və s. kimi ağac və kol cinsləri daha üstünlük təşkil edirlər. Alazan – Həftəran vadisi meşələrində yuxarıda göstərilən növlərdən başqa ağcaqayın (Acer velitinum), cökə (Tilia caucasica), göyrüş (Fraxinus excelsior), qaraağac (Ulmus suberosa), armud (Pyrus caucasica) kimi ağac növləri, sarmaşan bitkilərdən isə sarmaşığı (Hedera helix), ağəsmə (Clematis vitalba), yabanı üzüm (Vitissilvestris) geniş yayılmışdır. Quba – Xaçmazın düzən meşələrində uzunsaplaq palıddan (Quercus longipes), əlavə, Q, pubescens və palıdın bir çox öyrənilməmiş formaları yayılmışdır. Düzən palıd meşələrinin tərkibində müxtəlif növlərə, o cümlədən qaraağac (Ulmus suberosa), vələs (carpinus caucasica), ağcaqayın (Acer campestre), armud (Pyrus caucasica), fındıq ağacı (Corylus avellana), yemişanlar (Crataegus grex sp), əzgil (Mespilus germanica), lianlardan isə yalnız sarmaşığa (Hedera pastu chovii) rast gəlinir. Qarabağ massivindəki düzən meşələrində uzunsaplaq palıdla yanaşı qaraağac (Ulmus suberosa), tut (Morus alba), iydə (Elaegnus grex sp), alça (Prunus divaricata), qaratikan (palirius spina christi), nar (Punica granatum); sarmaşan bitkilərdən isə Smilax excelsa, Vitis silvestris Periploca graeca müşahidə edilir. Talış meşələrində (xüsusilə qızılağac meşələrində) göyəm və giləzəhər (Tamus communis) kimi sarmaşan bitkilərə rast gəlinir. Talışdan başqa respublikanın digər rayonlarında, o cümlədən böyük qafqazın dağətəyi cənub yamaclarında yayılmış relikt tipli hirkan ağaclarını xüsusilə qeyd etmək lazımdır. Talışın düzən meşələrinin səciyyəvi ağac cinslərindən dəmirağac (Parrotia persica) və şabalıdyarpaq palıdı (Quercus castaneifolia) göstərmək olar . bu relikt ağac cinslərindən əlavə talışın hirkan tipli meşələrində Qafqaz vələsi (carpinifolia, Z. hyrcana), qarağac (ulmus elliptica), alça (prunus caspica), qovaq (Populus hyrcana) və s. kimi ağac cinslərinə də rast gəlinir. Bu meşələrin ən aşağı mərtəbələrində bigəvər (Ruscus hyrcana) və danaya (Danae racemosa) kimi həmişəyaşıl kollara təsadüf edilir. Bunlardan əlavə meşəaltı sahələrin tərkibində – Crataegus, Cydonia, Mespilus, Smilax, Periploda, Rubus, Vitis, Hedera kimi cinslərin növləri də yayılmışdır. Bu meşələrdə ot bitkisi növləri bolluq təşkil edir. Xurma (Diospyros lotus) nisbətən kölgələnmiş və rütubətli yamaclarda çəngəlliklər əmələ gətirir. Çəngəlliklərdə bir komponent kimi Xəzər şeytanağacına Talışın dağətəyi rayonlarında bolluq təşkil edir. Bu meşələrin dənizə baxan yamaclarında Lənkəran akasiyası (Albizzia julibrissin), cökə (Tilia platyphyllos), endemik cökə (T.prilipkoana və s. daxil olmaqla xüsusi qarışıq meşəlik yardırlar. Dəniz səviyyəsindən bir qədər hündürlüklərdə ağcaqayın (Acer velitinum), şərq fıstığı (Fagus orientalis), meşə altında qara cöhrə (Taxus baccata), şümşat (Buxus hyrcana), daha çox rast gəlinir.

Məlumatlar http://nature.aznet.org saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ermənilər özləri haqqında
1883-cü ildə İrəvan...

  10-1-2007    Baxılıb: 357   
article Alimlərə hörmət haqqında
Cəfər, ey nuri-dideyi

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 262   
article Fauna haqqında
Azərbaycan Respublikası iqliminin...

  10-3-2007    Baxılıb: 541