Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Qarabağ .: Ermənilər özləri haqqında

Ermənilər özləri haqqında

1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur.

Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabından. 1932.

Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.

B.İşxanyan. "Qafqaz xalqları" Petroqrad. 1916-cı il, səh.18

1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür.

Zori Balayan. "Ocaq", səh. 120, 192, 273.

Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.

A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. "İnqlabi Şərq" jurnalı, ¹ 2-3, 1936. Moskva

Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar"

Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində". ABŞ, İndianapolis, "Bobbs Meril kompani" nəşriyyatı, 1928.

"Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar".

Anastas Mikoyan. 22.05.1919-Leninə yazdığı məktubdan.

Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.

Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Alimlərə hörmət haqqında
Cəfər, ey nuri-dideyi

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 262   
article Fauna haqqında
Azərbaycan Respublikası iqliminin...

  10-3-2007    Baxılıb: 541   
article Flora haqqında
Azərbaycan R – in ərazisi 88.6 min...

  10-3-2007    Baxılıb: 430