Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Zəfər nəğməsi

Zəfər nəğməsi

Sevin, sevin, ana Vətən!
Təslim oldu zalım düşmən.
Zəfər ilə döndü ordu,
Artıq oldun şəndən də şən.

Xoşbəxt elin coşur, daşır,
Nümayişlərdə qaynaşır.
Hər bucaqda toy, bayramdır,
Şənlik, sevinc başdan aşır.

Sən bu xalqın sevincisən,
Gözəllikdə birincisən;
Təbiətin saf qoynunda,
Ən dəyərli bir incisən.

Sevin, sevin, ana Vətən,
Artıq oldun şəndən də şən! 

1945


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?