Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Yetim

Yetim

Soyuq gecə, səs edirdi boran çox hiddət ilə,
Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.
Əli, üzü bozarıb, səslənir o dərdli yetim:
-Soyuqdan öldüm, aman, dondu ah, bütün bədənim.
Acam, donub ölürəm, yoxdu bir nəfər insan
Yemək verib mənə rəhm eyləsin bu gündə, aman!
Yazıq yetimi bu halətdə bir qarı görcək.
Alıb onu otağa, qızdırıb da verdi yemək.
Yuyub ayaqlarını, saldı tez onu yatağa
“Nə istidir!” – sevinib, getdi o, şirin yuxuya. 

1908.
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Yetim cücə
Ay kiçicik soluq cücəm, Boynu...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 76