Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Vətən

Vətən

Et Vətən, ey gözəllərin gözəli!
Qəlbimin ey sevimli şən əməli!
Sel kimi hey çoşur, daşır könlüm,
Səni azad və bəxtiyar görəli.
Səndədir mizrabı könül sazımın,
Çala bilməz onu yabançı əli.
Hüsnünün şöhrəti yaman artır.
Telinə al çiçəkləri düzəli.
Azərilər yolunda can qoymuş
Basmısan bağrına sevimli eli.
Unudarmı səni bu mərd elimiz
Ey gözəlliklərin gözəl modeli! 

1947


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?