Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Tülkü və qurd

Tülkü və qurd

Oldu bir yolda tülkü qurda düçar,
Hara, - sordu, - gedirsən, ey sərdar?
Dedi qurd: - Ey iki gözüm, ciyərim,
Gedirəm hər yerə düşə güzərim.
Zülmdən qurtarıb olam rahət;
Yaxdı, yandırdı canımı zillət,
Hər zaman ki, məni görür insan,
Öldürür, rəhm etməyir bir an.
Dedi tülkü: - De bir mənə işini,
Aparırsanmı o tamah dişini?
-Harda olsam gərək olur bu dişim.
Söylə; dişsiz mənim aşarmı işim?
Dedi tülkü: - Əbəsdir bu söhbət,
Ey gözüm, çəkmə boş yerə zəhmət.
Nə qədər ki, səninlədir bu dişin,
Keçəcək hər məkanda böylə işin. 

1908


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qurd
Qurda dedilər: -Gəl səni qoyuna...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 110   
article Qurd, Tülkü, Dovşan
   Bir Qurd, Tülkü, Dovşan bir...

(Səs verilməyib)  10-5-2007    Baxılıb: 131   
article Qurd, Tülkü, Şir
  Qurd, Tülkü, Şir birlikdə...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 102