Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Təpəl kəlim

Təpəl kəlim

Qalx ayağa, təpəl kəlim,
Sahibinə tut əl, kəlim!
Xışlayım, həm səpim dəni,
Qoyma bu yerdə gəl məni.
Qarşıda qış, ayaz, soyuq –
Bir yığın həm çoluq-çocuq.
Onların əkmək ağacı
Sənsən, a başımın tacı!
Qalx ayağa, aman, aman,
Sənsiz olar işim yaman.
Kim tutacaq bu yerdə əl?
Qoyma yarımçıq işi, gəl.
Puç oldu eyvah, əməyim,
Qırıldı, düşdü biləyim.
Sən idin yalnız köməyim,
Yıxıldı, sındı dirəyim. 

1906


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?