Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Səhər

Səhər

Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar.
Bir nur içində qaldı,
İşıq dünyanı aldı;
Üfüq alışdı-yandı,
Quşlar bütün oyandı.
Ötüşdü şadü xəndan,
Səs ilə doldu orman. 

1906


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?