Günəş saraldı, söndü,
Yavaş-yavaş büründü
Dumanlara çayırlar,
Dərə, dağlar, bayırlar.
Çökdü dərin qaranlıq,
Qaraldı həm ortalıq,
Qurd-ruş daha əkildi,
Yuvasına çəkildi.
Yox səs-səmir bir yerdə,
Ancaq ki, dərələrdə
Sular şırhaşır çağlar,
Səs verər qaya, dağlar.
1906.