Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Qonaqlıq

Qonaqlıq

Vəli yazıb dərsini, uzanmış idi yerə;
Köpək səsi eşitdi bayırda birdən-birə,
Tez qapıya yüyürdü, qaçdı sevincək: - Ana!
Həsən dayımdır gələn, Mina dostum və Sona.
Girdi qonaqlar, hamı sevindi bu gəlişdən,
Qucaqlayıb bir-birin, görüşərək oldu şən.
Bir otağa aldılar qonaqları şövq ilə,
Orta ocağı çatıb, əyləşdilər zövq ilə.
Dəmir qara ocaq da çırtaçırtnan yanırdı,
Qığılcımı, şöləsi bacaya dırmanırdı.
Ballı xala tez gedib gətirdi boşqabda bal,
Ortalığa qoydular qatıq, çörək, yağ, irçal.
Yeyib-içib həvəslə, alqışlayıb külfəti.
Halqa vurub, yenidən başladılar söhbəti.
Öz işlərindən deyib, danışdılar keçəndən,
Gah arpadan, buğdadan, gah heyvandan, biçindən.
Keçdi yarıdan gecə, süküt içində hər yan.
Şiddət ilə qar yağır, səs edir ancaq boran. 

1908


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qonaqlıq
  Bol yedilər, bol içdilər....

  10-6-2007    Baxılıb: 112   
article Qonaqlıq
Sözləri Xanımana...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 130