Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Qışın nəğməsi

Qışın nəğməsi

Saqqalı ağ, saçı ağ,
Əlində zorba çomaq
Gəldi qocalmış baba
Şaxta baba, qış baba.
Gurladı boğuq səsi
Uğuldadı nəğməsi:
“Ay uşaqlar, mən qışam,
Burda mənzil salmışam.
Mən gələndə qar yağar,
Onu sevər uşaqlar.
Qardan adam yaparaq,
Oynarlar qar-topalaq.
Soyuq qış axşamında
İsti ocaq başında
Nağıl deyir nənələr,
Qulaq asır nəvələr”.
Çöldə ayaz, boran, qar,
Qışın da bir dövrü var... 

1946


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?