Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Qərənfil

Qərənfil

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.
Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax! 

1928


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?