Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Kür çayı

Kür çayı

Ey Kür çayı, dalğan ağ,
Sahilləri aşırsan;
Tarlalarda, bağlarda
Bizimlə oynaşırsan.

Ey Kür çayı, dalğın ağ,
Suyun gümüşdən parlaq;
Yol sal bizim bağçaya,
Sən çal, biz də oynayaq.

Ey Kür çayı, gəl barı,
Bizim dəhnəyə sarı,
Aç qoynunu yuyunsun
Elin oğul, qızları. 

1932.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?