Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Kəpənək

Kəpənək

Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var,
Qızıl kimi parıldar.
Qanadımı açaram,
Budaq-budaq uçaram.
Yuvam, otağım ancaq
Olur yaşıl bir yarpaq.
Mənim dostumdur hər gül,
İncə telli göy sünbül.
Oynağımdır çöl, çəmən,
Məni tutmaq istəyən,
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!
Mənim də bu dünyada
Bir başqa aləmiz var... 

1928.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?