Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hünər.
İdman edək səhər, axşam,
Vücudumuz olsun sağlam.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biz!
Minnətdarıq məktəbimizə,
Savad, bilik verir bizə.
Sağlam bilik, sağlam bədən
Olsa çiçəklənər Vətən.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biz!
Gələcəkçün yorulmadan
Bizik yeni həyat quran.
Bilik ilə kommunizmə
Bizik möhkəm təməl quran.
Qoy güclənsin gənc nəslimiz.
Gələcəyə hakimik biz!
1949