Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Cütcü

Cütcü

Cütcü, əkinci baba,
Bahar gəlir, qalx daha!
At kürkünü bir yana,
Büzüşmə çox, gəl cana!
Yaşıllanır çöl, çəmən,
Rəhmət yağır göylərdən
Dayanma get tarlaya,
Şumla, ək, biç, vur taya!
Cütcü, əkinçi baba.
Bahar gəlir qalx daha! 

1907.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?