Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Bülbül

Bülbül

Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır;
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.
Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.

Oxu çöldə, çəməndə,
El əkəndə, biçəndə;
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.

Bülbülüm, tik yuvanı,
Bəslə, böyüt balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı. 

1928.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?