Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Bənövşə

Bənövşə

Bənövşəyəm, bənövşə
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az. 

1928.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?